Səudiyyə Ərəbistanının Formula 1 komandası yaradıla bilər
İtaliyanın keçmiş baş naziri Matteo Renzi Səudiyyə Ərəbistanının investorları tərəfindən maliyyələşdirilən yeni Formula 1 komandasının yaradılmasında iştirak edə bilər.

Bu barədə xarici KİV-lərdə məlumat verilib.

Bu il ilk dəfə Səudiyyə Ərəbistanı Qran-Prisi təqvimə salınıb və gələcəkdə bu ölkənin öz komandası yaradıla bilər.

Xatırladaq ki, M.Renzi Monzadakı İtaliya Qran-Prisinin qorunub saxlanılmasında fəal rol oynayıb.

Xəbər 396 dəfə oxundu.