Futzal üzrə Azərbaycan və Slovakiya milliləri səkkizinci dəfə üz-üzə gələcəklər
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki eyniadlı idman zalında Slovakiya yığması ilə qarşılaşacaq. Bu görüş komandalar arasında səkkizinci oyun olacaq.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz seçmə turnirlərdə Slovakiya yığması ilə 7 dəfə qüvvəsini sınayıb. 1996-cı, 2014-cü, 2016-cı və 2022-ci il Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində keçirilən bu 7 görüşdən 4-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib, ikisi isə heç-heçə başa çatıb.

Qeyd edək ki, 2022-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması 4 turdan sonra üçüncü qrupda 12 xalla liderdir və qitə birinciliyinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Xəbər 321 dəfə oxundu.