FIFA Çad və Pakistan Futbol federasiyalarının üzvlüyünü dayandırıb
FIFA Çad və Pakistan Futbol federasiyalarının üzvlüyünü dayandırıb.

Bu barədə ali futbol qurumu rəsmi saytında məlumat yayıb.

Bu cəzalar fərqli səbəblərdən verilib. Çad futbolu ilə bağlı qərar hökumətin federasiyaya və futbola müdaxiləsi ilə əlaqələndirilib. FIFA bu barədə dəlilləri olduğu üçün belə addım atıb.

Pakistan Futbol Federasiyasının cəzalandırılmasının səbəbi isə üçüncü tərəfin quruma müdaxilə etməsidir. Bir müddət əvvəl bir qrup etirazçı tərəfindən federasiyanın binası ələ keçirilib.

Xəbər 357 dəfə oxundu.