Futbolçumuz Amit Quluzadə Estoniya klubu ilə razılığa gələ bilməyib
Azərbaycanlı futbolçu Amit Quluzadə klub axtarışlarını davam etdirir.

Son olaraq təcrübəli futbolçunun Estoniyanın “Legion” klubuna keçmək variantı ortaya çıxıb. Ancaq müəyyən səbəblərdən danışıqlar yarımçıq dayandırılıb. A.Quluzadənin yay transfer pəncərəsində klubla danışıqları yenidən bərpa oluna bilər.

Qeyd edək ki, Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Rəvan”, “Sumqayıt”, “Səbail”də oynayan A.Quluzadə Türkiyə, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovinada da legioner həyatı yaşayıb. O, son olaraq Moldovanın “Milsami” komandasında çıxış edib.


Xəbər 386 dəfə oxundu.