Günay Məmmədzadənin də qatılacağı “Julius Baer Challengers Chess Tour” şahmat turniri sabah start götürəcək
Sabah dünyanın gənc və istedadlı şahmatçılarının iştirakı ilə “Julius Baer Challengers Chess Tour” turniri start götürəcək.

Azərbaycan təmsilçisi Günay Məmmədzadənin də qatılacağı yarışda, iki komanda olmaqla, ümumilikdə 20 şahmatçı iştirak edəcək. Günay Məmmədzadə əfsanəvi şahmatçılardan biri Yudit Polqarın kapitanı olacağı komandada yer alıb. Digər komandaya isə tanınmış şahmatçı Vladimir Kramnik rəhbərlik edəcək.

Yudit Polqar və Vladimir Kramnikin rəhbərlik edəcəkləri komandaların hər birində 10 şahmatçı mübarizə aparacaq. Aprelin 8-də start götürəcək “Julius Baer Challengers Chess Tour” şahmat seriyası 4 mərhələdən ibarət olacaq və hər mərhələ 4 gün davam edəcək.

Yarışın final mərhələsi sentyabrın 9-13-də keçiriləcək. Turnirin qalibi “Play Magnus Group” flaqman seriyası olan və mükafat fondu 1,5 milyon dollar təşkil edən “Meltwater Champions Chess Tour”a vəsiqə qazanacaq.

Xəbər 367 dəfə oxundu.