“Bavariya” Jerom Boatenq ilə müqaviləni uzatmayacaq
Almaniyanın “Bavariya” klubu mərkəz müdafiəçisi Jerom Boatenq ilə müqaviləni uzatmayacaq.

Almaniyalı futbolçu buna görə də, cari mövsümün sonunda klubu tərk etmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, 32 yaşlı futbolçu Jerom Boatenq 2011-ci ilin yayında İngiltərənin “Mançester Siti” klubundan 13,5 milyon avro qarşılığında “Bavariya”ya keçib. Futbolçu ötən müddət ərzində komandanın heyətində 354 oyunda 10 qol vurub, 25 məhsuldar ötürmə edib.


Xəbər 394 dəfə oxundu.