London Olimpiadasında kişi futbolçuların mübarizəsinə start verilib
London Olimpiadasında kişi futbolçuların mübarizəsinə start verilib. İdman.com.az saytının məlumatına görə, 16 yığmanın 4 qrupda qüvvəsini sınadığı ilk tur sensasiyalarla yadda qalıb.

Belə ki, Olimpiya çempionu olmağa real namizədlərdən biri İspaniya gözlənilmədən Yaponiyaya uduzub. Ev sahibləri olan böyük britaniyalıların Seneqalla bacara bilməməsi də günün sensasiyasıdır.

Xəbər 896 dəfə oxundu.