Şəhid Həmid Abbasbəylinin xatirəsinə onlayn şahmat turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Xətai rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, baş leytenant Həmid Abbasbəylinin xatirəsinə onlayn şahmat turniri keçirilib.

İsveçrə sistemi üzrə təşkil edilən yarışda Həsən Orucov qalib gəlib. Aytac Məmmədova yarışı ikinci, Allahverdi Həmidov isə üçüncü yerdə başa vurublar.

Şəhid Həmid Abbasbəyli “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olunub.

Xəbər 392 dəfə oxundu.