MMA döyüşçümüz Nəriman Abbasov növbəti görüşünü keçirəcək
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirəcək.

İdmançımız Moskvada təşkil olunacaq “AMC Fight Night100” döyüş gecəsində iştirak edəcək. Aprelin 10-da baş tutacaq qarşılaşmada N.Abbasovun rəqibi Rusiya təmsilçisi Şamil Amirov olacaq. Yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan idmançımız titulunu qorumaq üçün mübarizə aparacaq.

Lujnikidəki görüş N.Abbasovun 29-cu sınağı olacaq. O, indiyədək keçirdiyi 28 döyüşdən 25-də qalib gəlib. Təmsilçimiz son 10 qarşılaşmada qələbəyə sevinib.

Xatırladaq ki, idmançımız ötən ilin sentyabrında baş tutan son sınağında Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.

Xəbər 398 dəfə oxundu.