Zak Braun: Formula 1-in cari mövsümündə bir və ya iki yarış ləğv ediləcək
Formula 1-in ən uzun mövsümünün 2021-ci ildə keçirilməsi planlaşdırılır.

Təqvim 23 mərhələdən ibarətdir. Amma bu yarışların bəziləri baş tutmaya bilər. Belə ki, “McLaren” komandasının rəhbəri Zak Braun da epidemioloji vəziyyətin planlaşdırılan bütün Qran-Prilərin keçirilməsinə imkan verməyəcəyini bildirib.

O qeyd edib ki, pandemiya təqvimə təsir edə bilər və bu mövsüm 20 Qran-Pri keçirilə bilsə, mövsümü tam bir dövr hesab etmək olar. Martdan dekabradək 20 yarışın keçiriləcəyinə əminəm.

“Bundan əvvəl Kanada və Braziliyada yarışların ləğv olunmaq təhlükəsi ilə üzləşdiyi bildirilmişdi. Qərar hələ verilməyib, ancaq Monreal və San-Pauladakı mərhələlərin əvəzinə Formula 1-in Türkiyə və Bəhreyndə keçirilməsi mümkündür”, - deyə Z.Braun əlavə edib.

Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.


Xəbər 380 dəfə oxundu.