Slovakiya millisi ilə oyun üçün yığmamızın heyəti açıqlanıb
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki eyniadlı idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, zədəli olan Bolinha və Hadi Ahmadi bu oyunda komandaya kömək edə bilməyəcəklər.

Heyətdə Rövşən Hüseynli (“Araz-Naxçıvan”), Emin Kürdov (EKOL), Cavad Məmmədov (“Neftçi”), Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, İsa Atayev, Amir Şojaei, Ramiz Çovdarov (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov (EKOL), Eduardo Borges (“ACCSS FUTSAL”, Fransa) və Everton Kardoso (“Levante”, İspaniya) yer alıblar.

Qeyd edək ki, Azərbaycan yığması 4 turdan sonra üçüncü qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.

Xəbər 360 dəfə oxundu.