Millimizin rəqibinin yeni baş məşqçisi bəlli olub
Futbol üzrə Belarus millisinin yeni baş məşqçisi müəyyənləşib.

Milliyə Georgi Kondratyev rəhbərlik edəcək.

G.Kondratyev yığmaya iyundakı yoldaşlıq görüşlərində rəhbərlik edəcək. Belarus seçməsi iyunun 2-də Azərbaycanla, beş gün sonra isə Sierra Leone ilə üz-üzə gələcək. Hər iki görüş Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, G.Kondratyev istefa vermiş Mixail Marxeli əvəzləyib. G.Kondratyev 2011-2014-cü illərdə də Belarus millisinin məşqçisi olub.

Xəbər 374 dəfə oxundu.