Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatında mübarizəyə başlayırlar
Moskvada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın ilk ağırlıqqaldıranı körpücük üzərinə çıxacaq.

Millimizin üzvü Boyanka Kostova qadınlar arasında 59 kiloqram çəki dərəcəsində yarışacaq. Dünya və üçqat Avropa çempionu ən yüksək yerlər uğrunda mübarizə aparanların olduğu “A” qrupunda çıxış edəcək. Yarış Bakı vaxtı ilə saat 17:53-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvəsini sınayacaq. Əliş Nəzərov 102 kiloqram çəki dərəcəsində “B”, Dadaş Dadaşbəyli isə “A” qrupunda çıxış edəcək.

Xəbər 555 dəfə oxundu.