Azərbaycan Premyer Liqasının üçüncü dövrəsində 59 qol vurulub
Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb. Dövrənin 28 oyununda 59 qol vurulub. Qarşılaşmalardan 16-sında qalib müəyyənləşibsə, 12 heç-heçə qeydə alınıb.

Dövrənin ən yaxşısı “Neftçi” olub. Paytaxt təmsilçisi qələbə, vurulan qol və xal sayında hamını qabaqlayıb. Ən az qol buraxan və top fərqində ən yaxşı olan “Qarabağ” ikincidir.

“Sumqayıt”la “Zirə” də “Qarabağ” kimi yalnız bir dəfə uduzub.

Dövrə ərzində qələbəsi olmayan yeganə klub “Keşlə” qapısında ən çox qol görən komandadır.

Xəbər 357 dəfə oxundu.