Azərbaycan futbolçuları Ukrayna Premyer Liqasında növbəti oyunlarını keçiriblər
Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçular – Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda doğma meydanda “Kolos”la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. A.Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. R.Əhmədzadə isə 88-ci dəqiqədə meydana daxil olub.

“Minay” 20 turdan sonra 15 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər 380 dəfə oxundu.