Araz Abdullayev Türkiyədə klubunu dəyişə bilər
Türkiyə birinci divizionunda mübarizə aparan “Boluspor” klubunda oynayan Araz Abdullayev digər komandaların maraq dairəsinə düşüb.

Divizionun digər təmsilçisi “İstanbulspor” millimizin keçmiş üzvünü heyətinə cəlb etmək istəyir. Hazırda həmyerlimizin oyununu ciddi izləyən İstanbul klubu mövsümün sonunda A.Abdullayevin transferi ilə bağlı “Boluspor”a müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, “Boluspor” Araz Abdullayev ilə 1+1 illik müqavilə imzalayıb.

Xəbər 386 dəfə oxundu.