Güləş yığmalarımız növbəti təlim-məşq toplanışına start veriblər
Güləş yığmalarımız növbəti təlim-məşq toplanışına start veriblər.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçirlər.

Aprelin 19-25-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatına və mayın 6-9-da Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq Dünya Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb.

Xəbər 401 dəfə oxundu.