“Nizami Gəncəvi – 880” beynəlxalq şahmat turnirində son turun oyunları keçiriləcək
Bu gün “Nizami Gəncəvi – 880” beynəlxalq onlayn şahmat turnirində son turun oyunları keçiriləcək.

Ötən turların nəticələrinə görə, təmsilçilərimizdən - “Azərbaycan” komandası 7 xalla 4-cü yerdədir. Digər komandalarımız- “Azərbaycan 3”, “Azərbaycan 2” 6 xal toplayıblar.

Komanda xarakteri daşıyan və İsveçrə sistemi üzrə keçirilən yarışda ümumilikdə, 24 komanda iştirak edir.

On yeddi yaşadək şahmatçılar arasında təşkil olunan turnir "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilir.

Xəbər 365 dəfə oxundu.