Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirində finala yüksəlib
Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Zelim Katsoyev (100 kq) finala yüksəlib.

Zelim Katsoyev əvvəlcə fransalı Sirille Maret, sonra isə ardıcıl olaraq gürcüstanlı Zlatko Kumrıci və Kayhan Ozciceki mübarizədən kənarlaşdırıb. Yarımfinalda estoniyalı Qriqori Minaskini də məğlubiyyətə uğradan cüdoçumuz həlledici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, komandamızın digər üzvü Uşangi Kokauri (100 kiloqramdan yuxarı) yarışda bürünc medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, komandamızın aktivində hələlik, 1 medal var. Belə ki, kişilər arasında keçirilən yarışda Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarışa bu gün yekun vurulacaq.

Xəbər 402 dəfə oxundu.