Xavi fevral və mart aylarında Qətərdə ən yaxşı məşqçi seçilib
“Barselona”nın sabiq yarımmüdafiəçisi, hazırda “Əl-Sədd” klubuna rəhbərlik edən Xavi fevral və mart aylarında Qətərdə ən yaxşı məşqçi seçilib.

Bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.

Komandaya rəhbərlik etdiyi müddət ərzində Xavinin yetirmələri üç qələbə qazanıb və bir dəfə heç-heçə ediblər. Qırx bir yaşlı ispaniyalı mütəxəssis əvvəllər sentyabr, oktyabr və yanvar aylarında da ən yaxşı məşqçi seçilib.

Xatırladaq ki, ötən ay “Əl-Sədd” Qətər çempionatında vaxtından əvvəl qələbəni təmin edib. On doqquz turdan sonra Xavinin komandası 51 xal toplayıb.

Xəbər 352 dəfə oxundu.