Mateuş Mozdzen: “Biz “Xəzər Lənkəran” kimi çox təhlükəli rəqibi keçməli idik
“Biz “Xəzər Lənkəran” kimi çox təhlükəli rəqibi keçməli idik. Sevinirik ki, heyətində belə güclü oyunçular olan komandanı məğlub edə bildik”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Mateuş Mozdzen deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu haqda fikirlərini açıqlayıb: “Düzdür, bu dəfə Azərbaycan təmsilçisi bizi çox əziyyətə salmadı. Lakin fərqi artıra bilməməyimizə çox üzülürəm. Çünki 1:0 çox sürüşkən hesab idi. İstənilən anda həmin üstünlüyü itirə bilərdik. Xoşbəxtlikdən bundan qaça bildik”.

Qeyd edək ki, “Lex” 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Xəbər 980 dəfə oxundu.