“Sabah” klubu serbiyalı məşqçi ilə müqavilə imzalayıb
Visente Qomesin istefasından sonra “Sabah”da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyev özünə daha bir köməkçi götürüb.

Miloş Yevtiç fiziki hazırlıq üzrə yardımçı vəzifəsini yerinə yetirəcək. Onunla 2 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, serbiyalı mütəxəssisdən başqa Rəşad Quliyev və İlkin Hacıyev də baş məşqçinin köməkçiləri kimi fəaliyyət göstərəcəklər. Bundan əvvəl Visente Qomesin gedişindən sonra onun iki köməkçisi də komandanı tərk edib. Bunlar Rövşən Babayev və Aleksandr Qrossdur.

Xəbər 386 dəfə oxundu.