2023-cü ildə boks üzrə dünya çempionatına Özbəkistan ev sahibliyi edəcək
2023-cü ildə kişi boksçular arasında təşkil olunacaq dünya çempionatının yeri bəlli olub.

Bunu Dünya Həvəskar Boks Birliyinin (AIBA) prezidenti Umar Kremlyov açıqlayıb. O bildirib ki, 2023-cü ildə keçiriləcək mundiala Özbəkistan ev sahibliyi edəcək. Yarış bu ölkənin paytaxtı Daşkənddə təşkil olunacaq. Dünya çempionatının keçirilmə tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, 2021-ci ilin dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçirilməlidir.

Xəbər 414 dəfə oxundu.