Bu gün “Nizami Ganjavi – 880” beynəlxalq şahmat turniri başlayır
Bu gün “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən “Nizami Ganjavi – 880” beynəlxalq onlayn şahmat turniri başlayır.

Rapid üzrə keçirilən yarışda ölkəmizi “Azərbaycan”, “Azərbaycan 2”, “Azərbaycan 3”, “Azərbaycan-Naxçıvan” komandaları təmsil edirlər.

Yarış iştirakçıları bu gün ilk 3 turda mübarizə aparacaqlar. Komanda xarakteri daşıyan və İsveçrə sistemi üzrə keçirilən yarışda ümumilikdə, 24 komanda iştirak edir.

On yeddi yaşadək şahmatçılar arasında təşkil olunacaq turnir aprelin 4-dək davam edəcək.

Xəbər 446 dəfə oxundu.