“Böyük dəbilqə”: Turnirin ikinci günündə 3 cüdoçumuz mübarizəyə başlayıb
Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin ikinci yarış günündə 3 cüdoçumuz mübarizəyə başlayıb.

81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev Abılayxan Zubanazar (Qazaxıstan) - Damian Stepien (Polşa) cütünün qalibi, Zelim Tskayev madaqaskarlı Fetra Ratsimizia ilə güclərini sınayacaqlar. Qadınlar arasında isə cüdoçumuz Günel Həsənli (70 kq) ispaniyalı Mariya Baerabeu ilə mübarizə aparacaq.

Qeyd edək ki, komandamızın aktivində, hələlik 1 medal var. Belə ki, Nicat Şıxəlizadə (66 kq) turnirin bürünc medalını qazanıb.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.

Xəbər 411 dəfə oxundu.