Triatlon və idman dırmanması üçüncü Avropa Oyunlarının proqramına daxil olub
Triatlon və idman dırmanması 2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib.

Bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) saytında məlumat verilib.

Triatlon ilk dəfə “Bakı 2015” birinci Avropa Oyunlarının proqramında yer alsa da, 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş analoji yarışda təmsil olunmayıb.

III Avropa Oyunlarının proqramına qeyd etdiyimiz idman növü ilə yanaşı, atıcılıq, müasir beşnövçülük, taekvondo, karate, çimərlik həndbolu, badminton, boks, kamandan oxatma, sinxron üzgüçülük, basketbol - 3x3, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, dağ qaçışı, reqbi-7, tramplindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma da daxildir. III Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək.

Xatırladaq ki, birinci Avropa Oyunlarına 2015-ci ildə Bakı, ikinci Avropa Oyunlarına isə Minsk ev sahibliyi edib.

Xəbər 396 dəfə oxundu.