Vətən müharibəsi şəhidi Taleh Mustafazadənin xatirəsinə şahmat turniri keçiriləcək
Aprelin 2-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Taleh Mustafazadənin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək.

Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Lichess.org onlayn platformasında təşkil olunacaq yarışda oyuna nəzarət vaxtı 3 dəqiqədir.

Şəhid Taleh Mustafazadə “Vətən Uğrunda”, “Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Turnirdə ilk üç yeri tutacaq şahmatçılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomla təltif olunacaqlar.

Xəbər 391 dəfə oxundu.