Onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.

İsveçrə sistemi üzrə təşkil edilən yarışda ümumi hesabda ən yüksək nəticəni Amin Qurbanov göstərib. Yunis Mahmudzadə yarışı ikinci, Əhmədağa Həşimov isə üçüncü pillədə başa vurublar.

Qızlar arasında isə Aytac Kərimli, Aytac Məmmədova və Röya Çantayeva ilk üçlükdə qərarlaşıblar.

Xəbər 361 dəfə oxundu.