Kanada hökumətinin Formula 1 yarışı ilə bağlı qərar verməsi gözlənilir
Bu həftə Kanada hökumətinin Formula 1 yarışı ilə bağlı qərar verməsi gözlənilir.

Monreal meri Valeri Plant yarış həftəsonunun vaxtında keçiriləcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, Kanada Qran-Prisinin promouteri Fransua Dyumonte ilə bu yarışı necə təşkil edəcəklərini müzakirə ediblər: “Yarışın həmişəki kimi eyni tarixlərdə keçirilməsini istəyirik. Bir çox detallarla bağlı razılığa gəlməliyik. Amma hökumətin bizə dəstək olmasını və bu yay yarışı keçirməyimizə kömək etməsini istəyirik”.

Xəbər 400 dəfə oxundu.