Azərbaycan millisinin Slovakiya və Yunanıstan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya, aprelin 14-də isə Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, heyətdə Rövşən Hüseynli (“Araz-Naxçıvan”), Emin Kürdov (EKOL), Cavad Məmmədov (“Neftçi”), Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, Hadi Ahmadi, Amir Şojaei, Ramiz Çovdarov (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Samir Həmzəyev (hər ikisi EKOL), Oktay Rüstəmli (“Neftçi”), İsa Atayev (“Araz-Naxçıvan”), Thiago Teles Martins (“FC Salines Tuzla”, Bosniya və Herseqovina), Eduardo Borges (“ACCSS FUTSAL”, Fransa) və Everton Kardoso (“Levante”, İspaniya) yer alıblar.

Qeyd edək ki, Azərbaycan yığması 4 turdan sonra üçüncü qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.

Xəbər 411 dəfə oxundu.