“Neftçi”dən ayrılacağı gözlənilən Stiven Monroz Kipr çempionatında çıxış edə bilər
“Neftçi”dən ayrılacağı gözlənilən Stiven Monroz Kipr çempionatında çıxış edə bilər.

Adıçəkilən ölkənin iki klubu “Apollon” və “Olimpiakos” fransalı yarımmüdafiəçini heyətində görmək istəyir. Mövsümün sonunda hər iki klubun rəhbərliyi Monrozla fəal danışıqlara başlayacaqlar.

Qeyd edək ki, “Neftçi”nin keçmiş futbolçusu Baqali Dabo hazırda “Apollon” klubunun şərəfini qoruyur.

Xəbər 403 dəfə oxundu.