Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına start verib
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya, aprelin 14-də isə Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının aprelin 1-dən təlim-məşq toplanışı başlayıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, aprelin 5-dək Bakıda məşq edəcək millimiz aprelin 6-dan 10-dək hazırlığını Slovakiyanın Levice şəhərində davam etdirəcək. Slovakiya yığması ilə qarşılaşmanın ertəsi gün Bakıya dönəcək komandamız Yunanıstanla qarşılaşmaya hazırlaşacaq.

Xəbər 378 dəfə oxundu.