Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri məlum olub
Martın 31-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.

Oğlanların yarışında Amin Qurbanov, Yunis Mahmudzadə, Əhmədağa Həşimov ilk üçlükdə qərarlaşıblar. Qızlar arasında Aytac Kərimli bütün rəqiblərini qabaqlayaraq birinci olub. Aytac Məmmədova yarışı ikinci, Röya Çantayeva isə üçüncü pillədə başa vurublar.


Xəbər 398 dəfə oxundu.