“Qarabağ”ın futbolçusu Afrika Millətlər Kubokunun final mərhələsində iştirak edəcək
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsinin son turunda səfərdə Mozambikə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.

28 yaşlı futbolçu start heyətdə yer alıb və 61-ci dəqiqədə - komandası hesabda 1:0 öndə olarkən meydanı tərk edib.

Bu qələbə ilə Kabo-Verde millisi qrupu 10 xalla 2-ci pillədə tamamlayıb və Afrika Millətlər Kubokunun final mərhələsinə yüksəlib.

Xəbər 409 dəfə oxundu.