Futbol üzrə Avropa çempionatında 5 əvəzetməyə icazə veriləcək
Bu il keçiriləcək futbol üzrə Avropa çempionatında 5 əvəzetməyə icazə veriləcək.

Bu barədə UEFA İcraiyyə Komitəsi qərar çıxarıb.

Eyni zamanda, 2021-ci ildə Millətlər Liqasının pley-off mərhələlərində və final mərhələsində də eyni sayda əvəzetmə tətbiq olunacaq.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avropa çempionatına Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Xəbər 566 dəfə oxundu.