“Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
Aprelin 1-də Antalyada start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib.

Kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy türkiyəli Emirhan Qarahan, Kəramət Hüseynov (hər ikisi 60 kq) moldovalı Nikolae Foca, Nicat Şıxəlizadə irlandiyalı Nazon Burns-qazaxıstanlı Çingizxan Saqynalıyev cütünün qalibi, Orxan Səfərov (hər ikisi 66 kq) belçikalı Kennez Qansbeke-maltalı Jeremi Sayvell cütünün qalibi ilə qarşılaşacaqlar.

Ağır çəkili cüdoçularımız Murad Fətiyev Abylaixan Zubanazar (Qazaxıstan) - Damian Stepien (Polşa) cütünün qalibi, Zelim Tskayev (hər ikisi 81 kq) moldovalı Fetra Ratsimizia, Elmar Qasımov fransalı Cyrille Maret, Zelim Katsoyev (hər ikisi 100 kq) İsaak Bezzina (Malta), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) avstraliyalı Daniel Allerstorfer-liviyalı Ali Omar cütünün qalibi ilə mübarizə aparacaqlar.

Qadınların turnirində isə Leyla Əliyeva avstriyalı Katerina Tanzer, Aişə Qurbanlı (hər ikisi 48 kq) türkiyəli Hanife Özcan-rusiyalı Anastasiya Pavlenko cütünün qalibi, Gültac Məmmədəliyeva (52 kq) çinli Kexin Zang, Günel Həsənli (70 kq) ispaniyalı Mariya Baerabeu ilə güclərini sınayacaqlar.

Xəbər 397 dəfə oxundu.