On səkkiz yaşadək şahmatçılar arasında onlayn “Zəfər kuboku” yarışı keçiriləcək
Aprelin 14-də 18 yaşadək Bakı və Sumqayıt şahmatçıları arasında onlayn “Zəfər kuboku” yarışı keçiriləcək.

Turnir www.chess.com şahmat portalı üzərindən təşkil olunacaq.

Yarış nəzarət vaxtı 3 dəqiqə və hər gedişə 2 saniyə olmaqla, İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq.

Yarışda oğlanlar və qızlar arasında ilk 3 yeri tutan şahmatçılara Bakı və Sumqayıt Şəhər Gənclər və İdman Baş idarələri tərəfindən hədiyyələr, medallar və diplomlar təqdim ediləcək. Əlavə olaraq yarışın qalibi kubokla mükafatlandırılacaq.

Xəbər 393 dəfə oxundu.