Millimizin hücumçusu Mahir Emreli 3 həftə yaşıl meydanlardan uzaq qalacaq
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Serbiya yığması ilə oyunda (1:2) zədələnən millimizin üzvü Mahir Emrelinin durumuna aydınlıq gəlib.

Yığma həkiminin müşayiəti ilə MRT olunan 24 yaşlı hücumçunun sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.

Həkimlərin ilkin diaqnozuna görə, forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər 433 dəfə oxundu.