Azərbaycan Premyer Liqasının XXII turunun təqvimi açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun təqvimi açıqlanıb.

İki günü əhatə edəcək tura aprelin 10-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu ilə start veriləcək. Oyun saat 16:00-da başlayacaq.

Turun ikinci görüşü həmin gün “Bank Respublika Arena”da baş tutacaq. “Sabah” klubu öz meydanında “Səbail” komandasını qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

Daha iki görüşü aprelin 11-də baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda “Zirə” komandası “Keşlə” klubunu qəbul edəcək. Hakimin start fiti saat 17:00-da səslənəcək.

Turun son oyunu isə saat 19:15-də çempion “Qarabağ” və “Sumqayıt” komandaları arasında baş tutacaq.

XII turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

İyirmi turdan sonra turnir cədvəlində iki liderlik hökm sürür. “Neftçi” və “Qarabağ” klubları 42 xalla ilk iki pillədə qərarlaşıblar. Otuz xalı olan “Zirə” üçüncü, 26 xalla “Sumqayıt” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (23), “Səbail” (18), “Keşlə” (17) və “Sabah” (16) klubları qərarlaşıblar.

Xəbər 442 dəfə oxundu.