Bojidar Bandoviç: Çox çalışmalıyıq - MÜSAHİBƏ
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç yeni vəzifəsindəki ilk günlər və komandanı qarşısında duran vəzifələr barədə klubun televiziyasına danışıb. İdman.com.az saytının məlumatına görə, çernoqoriyalı mütəxəssis Avroliqa uğursuzluğunu unutmaq və çempionatda yaxşı start götürmək məqsədi ilə çalışdıqlarını, komandanın hədəflərinin dəyişmədiyini dilə gətirib.

- Komandaya yeni gəlmisiniz. Adaptasiya prosesi nece keçir, bu amil çətinlik yaratmır ki?
- Hələ ki, həqiqətən də, komanda ilə az vaxt keçirmişəm. Hələlik oyunçuları tanımığa çalışıram. Uyğunlaşma ilə bağlı heç bir problem yoxdur. Biz işimizə davam edirik, məncə, heç bir problem olmamalıdır.

- Avropa Liqasından sonra komandada psixoloji gərginlik var?
- Təbii ki, biz komandanın Avroliqada belə çıxışını gözləmirdik. Amma belə olan vəziyyətdə biz gərək güclü olaq. İndi əsl gücümüzü göstərib, bu çətin vəziyyətdən çıxmalıyıq. Bu sözlər tək komandaya yox, mənə və klubda çalışan hər kəsə aiddir.
İddialı olub sonra uğursuzluq yaşayanda hamı deyir ki, bu məşqçinin günahındır. Fərqi yoxdur, komanda udacaq və ya uduzacaq, mən çalışacam ki, sabitlik olsun. Biz bunun üçün əlimizdən gələni edəcəyik. Komandada stabillik yaratmaq mənim əsas məqsədimdir.

- Yeni mövsümdə “Bakı”dan nə gözləmək olar? Qarşıya qoyulan minimum və maksimum vəzifələr hansılardır?
- Mən əvvəlcə klubun prezidenti ilə görüşməli və bu barədə müzakirə aparmalıyıq. Hər bir məşqçi çalışır ki, komandası üçün əlindən gələni etsin. Hər məşqçinin öz üslubu var. Yalnız onu deyə bilərəm ki, çox iş görməliyik.

Xəbər 1026 dəfə oxundu.