Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev qitənin ən yaxşıları sırasında yer alıb
2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonasının seçmə mərhələsinin III turunun ilk günündən sonra statistik göstəricilərdə ən yaxşılar açıqlanıb.

Azərbaycan futbolçularından yalnız Şahruddin Məhəmmədəliyev qitənin ən yaxşıları sırasına düşüb.

Qolkiperimiz qapısını toxunulmaz saxlamaq sayında yenidən birinci yerə yüksəlib. O, Serbiya ilə qarşılaşmada (1:2) aktivinə daha 5 qurtarış yazıb.

Portuqaliya ilə matçda (0:1) 14 dəfə qapısını toxunulmaz saxlayan qolkiper bununla da qurtarış sayını 19-a çatdırıb. Bu, Ş.Məhəmmədəliyevin yenidən Avropada ən yaxşı olması üçün yetərli olub.

Aktivində 18 qurtarış olan Deyl Koleinq (Cəbəllütariq) ikinci pillədə qərarlaşıb. Hər iki qapıçı dünənki oyunlardan sonra ön sıralara çıxıb. Onlar bunadək lider olan Elia Benedettini (San Marino) arxada qoyublar. Lakin sonuncu bu gün Albaniya ilə qarşılaşmada yenidən liderliyi qaytara bilər.

Xəbər 382 dəfə oxundu.