Eltac Səfərli “Titled Tuesday Blitz” Qran-Prisində uğurla çıxış edib
Şahmatçımız Eltac Səfərli “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti yarışında uğurla çıxış edib.

Turnirdə iştirak edən Azərbaycan şahmatçısı 11 turdan 9,5 xal toplayaraq 2-5-ci yerləri bölüşüb. Digər şahmatçılarımız Murad İbrahimli 7, Mələk İsmayıl 5, Ümid Aslanov 4,5, Ayan Allahveriyeva 4 xal toplayıblar.

Turnirin qalibi 10 xalla FIDE təmsilçisi Alireza Firuzca olub. Yarışda 740 şahmatçı iştirak edib.

Xəbər 400 dəfə oxundu.