Batut gimnastikası və tamblinq üzrə millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
Rusiyanın Soçi şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Çempionatda Azərbaycanı Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev və Mixail Malkin təmsil edəcəklər.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı aprelin 29-dan mayın 2-dək keçiriləcək. Yarışda 23 ölkənin idmançıları iştirak edəcəklər.

Xəbər 376 dəfə oxundu.