Şahmat üzrə onlayn Avropa kubokunun final mərhələsinin həlledici oyunları keçiriləcək
Bu gün klublararası şahmat üzrə onlayn Avropa kubokunun final mərhələsinin həlledici oyunları keçiriləcək.

Finalda mübarizə aparan Azərbaycanın “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) komandası ilk oyununu Rusiyanın “Ladya Kazan” komandasına qarşı keçirəcək. Sonrakı oyunlarda yığmamız Guildford” (İngiltərə), “Novy Bor” (Çexiya), “Poland Hussars” (Polşa) və “Clichy Echecs 92” (Fransa) komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, final mərhələsində keçirilmiş 4 turun nəticəsinə görə “Odlar yurdu” 4 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər 395 dəfə oxundu.