Belçika və Niderlanddan darmadağın, Türkiyə millisi xal itirdi | |
Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib. Turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib. Azərbaycan yığmasının yer aldığı A qrupunda Portuqaliya səfərdə Lüksemburqu məğlub edib - 3:1. Bu qrupda yer alan İrlandiya seçməsi isə yoldaşlıq görüşündə Qətərlə heç-heçə edib. E qrupunda Belçika millisi Belarusun qapısından 8 cavabsız top keçirib. G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkib. "Ay-ulduzlular" hesabda öndə olsalar da, qələbəni əldən veriblər. Niderland yığması isə səfərdə qrupun autsayderi Cəbəllütariqi darmadağın edib - 7:0. H qrupunda Slovakiya evdə Rusiya, Xorvatiya isə Malta üzərində qələbə qazanıb. DÇ-2022, seçmə mərhələ III tur 30 mart A qrupu 20:00. Azərbaycan - Serbiya - 1:2 Qol: Emin Mahmudov, 59 (penalti) - Aleksandar Mitroviç, 16; 81 22:45. Lüksemburq - Portuqaliya - 1:3 Qollar: Gerson Rodriges, 30 - Dioqu Jota, 45+2. Kriştianu Ronaldu, 51. Joau Palyinya, 80 Qırmızı vərəqə: Maksim Şano, 86 (Lüksemburq) Yoldaşlıq görüşü 22:45. Qətər - İrlandiya - 1:1 Qollar: Məhəmməd Muntari, 47 - Ceyms Makkleyn, 4 Xal durumu: Portuqaliya - 7, Serbiya - 7, Lüksemburq - 3 (1), Azərbaycan - 0 (1), İrlandiya - 0 E qrupu 22:45. Uels - Çexiya - 1:0 Qol: Daniel Ceyms, 82 Qırmızı vərəqələr: Konnor Roberts, 77 - Patrik Şik, 49 22:45. Belçika - Belarus - 8:0 Qollar: Mişi Batşuayi, 14. Hans Vanaken, 17; 89. Leandro Trossard, 38; 76. Jeremi Doku, 42. Dennis Prat, 49. Kristian Benteke, 70 Xal durumu: Belçika - 7, Çexiya - 4, Uels - 3, Belarus - 3, Estoniya - 0 G qrupu 22:45. Cəbəllütariq - Niderland - 0:7 Qollar: Stiven Bergeys, 42. Lük de Yonq, 55. Memfis Depay, 61; 88. Corcinyo Veynaldum, 62. Doniell Malen, 64. Donni van de Bek, 85 22:45. Monteneqro - Norveç - 0:1 Qol: Aleksander Sörlot, 35 22:45. Türkiyə - Latviya - 3:3 Qollar: Kenan Karaman, 2. Hakan Çalhanoğlu, 33. Burak Yılmaz, 52 (pen.) - Robert Savalniek, 35. Robert Uldrikis, 58. David İkaunieks, 79 Xal durumu: Türkiyə - 7, Niderland - 6, Monteneqro - 6, Norveç - 6, Latviya - 1, Cəbəllütariq - 0 H qrupu 20:00. Kipr - Sloveniya - 1:0 Qol: İoannis Pittas, 42 22:45. Slovakiya - Rusiya - 2:1 Qollar: Milan Şkrinyar, 38. Robert Mak, 74 - Mario Fernandes, 71 22:45. Xorvatiya - Malta - 3:0 Qollar: İvan Perişiç, 62. Luka Modriç, 76. Yosip Brekalo, 90 Xal durumu: Xorvatiya - 6, Rusiya - 6, Slovakiya - 5, Kipr - 4, Sloveniya - 3, Malta - 1 |
|
Xəbər 409 dəfə oxundu. |
|
|