“Odlar yurdu” Avropa kubokunun final mərhələsinin 4 turunda mübarizə aparıb
Bu gün klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kubokunun final mərhələsi çərçivəsində 4 turun oyunları keçirilib.

Finalda mübarizə aparan Azərbaycanın “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) komandası startda uğurla çıxış edərək “Monte-Karlo”nu (Monako) 3:1 hesabla məğlub edib. İkinci turda “Mednıy Vsadnik”ə (Rusiya) 1:3, “Deizisau” (Almaniya) komandasına 1,5:2,5 hesabla məğlub olan komandamız günün son oyununda Almaniyanın digər yığması “Hamburger Schacklub” üzərində qələbə qazanıb (3,5:0,5). Komandamız 4 turdan sonra 4 xalla 10 komanda arasında 6-cı sırada qərarlaşıb.

Final mərhələsinə martın 31-də yekun vurulacaq.

Xəbər 396 dəfə oxundu.