İtaliya Qış Olimpiya Oyunlarının emblemi təqdim olunub
2026-cı ildə İtaliyanın Milan və Kortina d`Ampetso şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunlarının emblemi təqdim olunub.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti məlumat verib.

“Futura” adlanan loqo səslərin 74 faizini toplayaraq qalib gəlib. Belə ki, təşkilat komitəsinin veb-saytındakı səsvermədə 871 min nəfər iştirak edib. Loqoda boz rəngdə işlənmiş 26 rəqəmi təsvir edilib.

İtaliya Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək keçiriləcək.

Qeyd edək ki, İtaliya 1956-cı və 2006-cı illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.

Xəbər 427 dəfə oxundu.