Basketbolçularımız Türkiyədə təlim-məşq toplanışında iştirak edəcəklər
Aprelin 5-19-da kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyədə təlim-məşq toplanışı olacaq.

Baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında millimiz İzmir şəhərində hazırlıq keçəcək.

Millimizin təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunlarının keçirilməsi planlaşdırılır.

Təlim-məşq toplanışı 3x3 basketbol üzrə Avropa çempionatının təsnifat mərhələsinə və Konyada təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyacaq.

Xəbər 456 dəfə oxundu.