Formula 1 Bəhreyn Qran-Prisi zamanı 12 nəfərdə koronavirus aşkarlanıb
Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 Bəhreyn Qran-Prisinə hazırlıq və keçirildiyi ərəfədə götürülən COVID-19 testlərinin nəticələrini açıqlayıb.

Bu barədə FIA-nın mətbuat xidməti məlumat yayıb. Belə ki, yeddi gün ərzində 8 min 150 test götürülüb və onlardan 12-sinin nəticəsi müsbət olub.

Qeyd edək ki, “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton Formula 1 Bəhreyn Qran Prisinin qalibi olub. Formula 1-in növbəti mərhələsi aprelin 16-18-də İtaliyanın İmola şəhərində təşkil ediləcək.

Xəbər 377 dəfə oxundu.