“İnter” klubunun yeni loqosu ictimaiyyətə təqdim olunub
İtaliyanın “İnter” futbol klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.

Loqo 3 rəngdən ibarətdir. Emblemdə qara rəngli dairənin içərisində mavi və ağ rənglər yer alıb. Loqonun tam mərkəzində isə İ və M hərfləri (“İnter”, Milan) qeyd olunub. “F” və “C” hərfləri də klubun adında saxlanılıb.

Qeyd edək ki, “İnter” İtaliya A seriyasında hazırda 65 xalla liderdir.

Xəbər 423 dəfə oxundu.